XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2019 - 09:59

Venesuelada polis etirazçılara atəş açdı- Küçələrdə barrikadalar qurulub

Bazar ertəsi Venesuelanın paytaxtı Karakasda bir qrup hərbçinin uğursuz qiyam qaldırmaq cəhdindən sonra hökumət əleyhinə çıxışlar davam edir.

“Report” TASS-a istinadən xəbər verir ki, etiraz aksiyalarında Mesedores və Puerta-Karakas rayonlarının sakinləri iştirak edir.

Bildirilir ki, insanlar yollarda maşınların hərəkətinə mane olur və təkər yandırırlar.

“Biz azad Venesuela, dünyasını dəyişən uşaqlarımız üçün səhiyyə istəyirik. Əmək haqqı heçə nəyə çatmır, nə işıq puluna, nə dərmana, ölkə dağılır, bizi də məhv etmək istəyirlər”, – deyə nümayiş iştirakçılarından biri bildirib.

Venesuelanın payaxtı Karakasda yerli polis qüvvələri qiyam qaldırmağa cəhd göstərən hərbçilərə dəstək olaraq xalq etirazlarının keçirildiyi Los-Mesedores rayonunda insanlara atəş açıblar.

“Report” TV Venezuela-ya istinadən xəbər verir ki, kadrlarda polis əməkdaşlarından birinin yenidən prezident seçilən Nikolas Maduronun əleyhinə şüarların səsləndirildiyi binaya bir neçə atəş açdığı görünür.

Etirazçılar yollarda hüquq-mühafizə orqanları avtomobillərinin hərəkətinə mane olmaq üçün yanan təkərlərdən, daşlardan və iriölçülü zibil qutularından barrikadalar qurublar.