XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 10:24

Putinin reytinqi niyə azalır? –Rusiyada "camaat prezidentdən bezib" qənaəti güclənir

Yeni il bayramlarından sonra Rusiyanın iki sosioloji təhlil xidməti rəy sorğusu keçirib. Bu sorğular prezident Vldimir Putinin reytinqinin düşdüyünü göstərib, sorğulardan birində isə bu eniş hətta tarixi minimum səviyyəsinə də çatıb.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VSİOM) yanvarın 13-də keçirdiyi rəy sorğusu Putinin reytinqinin 2006-cı ildən bəri ən aşağı göstərici olan 33,4 faizə düşdüyünü göstərib.

2018-ci ilin dekabrında onun reytinqi 36,5 faiz idi.

Sorğuda ikinci və üçüncü yerləri müdafiə naziri Sergey Şoyqu (13,7%) və Xarici İşlər naziri Sergey Lavrov (9,3%) tutublar – onların da reytinqi müvafiq olaraq 2,3% və 2,4% düşüb.

Vladimir Putinə etimad reytinqinin maksimum göstəricisi 2015-ci ilin martında 65 faiz olub, bu isə o deməkdir ki, o vaxtdan bəri Rusiya prezidentinə etimad göstərən rusiyalıların sayı təxminən iki dəfə azalıb.

Rusiyanın “İctimai rəy” fondu (FOM) tərəfindən fərqli metodika ilə keçirilmiş daha bir rəy sorğusu isə Putinin reytinqinin dekabr ayı ilə müqayisədə 60 faizdən 57 faizə düşdüyünü aşkar edib.

“BBC Rus Xidməti” ekspertlərdən Rusiya prezidentinin reytinqinin enməsinin səbələrini öyrənib.

Politoloq Konstantin Kalaçov səbəbi camaatın prezidentdən bezməsində görür: “Putinə gördüyü işlərinə görə “sağ ol” deyib, onunla vidalaşmaq istəyənlərin sayı artır. Camaat Putindən artqı doyub, yorulub və onlar dəyişikliklər istəyirlər”.

Politoloq Abbas Qəlləmov da rusiyalılarda yenilənməyə tələbatın artdığını qeyd edib: “Həyat səviyyəsi enirsə, nəyisə dəyişmək istəyi yaranır. Bu hiss güclənməkdə davam edəcək. Bu, perspektivin olmaması hissindən yaranır”.

Kalaçovun təbirincə, prezident seçkiləri ərəfəsində seçicilər Putinə alternativ görmürdülər: “O, başladığı işi başa çatdırmalıdır. Rusiya onun dövründə yüksəliş yaşayıbsa, ölkəni böhrandan da məhz o çıxara bilər”.

Kalaçov hesab edir ki, seçkidən sonra indi camaat ayılmaqdadır: “Həyat yaxşılaşmır. Xarici siyasətdə bütün cızıqlar keçilib. İnsanlarda inkişafa inam daha yoxdur. Bədbinlik güclənir”.

Ekspert əmindir ki, Rusiyaya yeni prezidentin lazım olduğunu düşünənlərin sayı artmaqda davam edəcək.

“İnsanlar həyat səviyyəsinin düşməsindən narazıdır, – politoloq Abbas Qəlləmov qeyd edib. – Bu ternd hələ yayada özünü göstərib: sosial bazanın eroziyası, eniş davam edəcək, bu trendi dəyişmək çətindir”.

Ekspertin təbirincə, vaxtilə SSRİ-də 1980-ci illərdə olduğu kimi Qorbaçova etimad məsələsini gündəliyə gətirən milli zəmində poqromlar kimi “çox dramatik hadisələr” baş verməsə, reytinqin indiki azalmasının heç bir fəsadı olmayacaq: “Sistemin möhkəmlik əmsalı yüksəkdir”.

“Reytinqlər neqativ gözləntilərə görə düşür: gəlirlərin artmasını deyən hökümət bəyanatları ilə real həyat arasında yaranan ziddiyyətə görə, – Konstantin Kalaçov qeyd edib. – Qiymət artımına görə reytinqlərin düşməsi hələ qabaqdadır, bira azdan hamıya kommunal xidmətlərə görə yeni ödəniş hesabları göndəriləcək”.

O, eləcə də hökumətin benzinin qiymətini aşağı salmaq vədini qeyd edib : “Amma, əksinə oldu, qiymətlər artdı və hələ daha da artacaq”.

Kalaçovun sözlərinə görə, insanlarda dövlətin sosial yönmülülüynə və vəziyyəti tez bir zamanda yaxşılaşdırmaq qabiliyyətinə inamsızlıq, getdikcə artır.

“Siyasi göstəricilər artıq oturuşmuş dəyər dəhlizləri çərçivəsindədir. Göstəricilərin həssaslığı bayramsonrası effektilə əlaqəliidr”, – VSİOM-un eksperti Mixail Mamonov yanvar sorğusunun nəticələrinə belə şərh verib.

FOM-un təhlilçisi Kertman da hesab edir ki, sorğunun nəticələrinə Yeni İl bayramı təsir göstərib, çünki insanlar bu dövrdə dostları və qohumları ilə müxyəlif mövzulara dair daha çox söhbətlər aparıblar.

İnsanlar bayram günlərində və bayramdan sonra adi günlərlə müqayisədə hakimiyyətin ünvanına hömsöhbətlərindən daha çox mənfi rəy eşidiblər”, – təhlilçi qeyd edib.

(BBC Azərbaycan)