Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Rusiyaya gedir.
Strateq.az bildirir ki, Paşinyan yanvarın 25-də Avrasiya İqtisadi Komissiyasının mənzil – qərargahında çıxış edəcək. Bu barədə AİK-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2019-cu ildə Avrasiya İqtisadi İttifaqına sədrlik Rusiyadan Ermənistana keçib. Paşinyanın səfəri də bununla bağlıdır.
Ermənistanın baş naziri hazırda Davosdadır.