XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 14:31

Ermənistandakı Rusiya hərbi bazası “həyəcan” siqnalı ilə qaldırıldı –2500 hərbçi və aviasiya naməlum rayonlara hucum təliminə başlayıb

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının 2500 hərbçisi “həyəcan” siqnalı ilə ayağa qaldırılıb.  Hərbi bazanın aviasiya və zenit raket hissələrinin iştirakı ilə böyük miqyaslı təlimləri başlanıb.

Strateq.az  bildirir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.  Manevrlərdə  500 texnika iştirak edir.

Plana əsasən hərbçilər onlar üçün naməlum olan rayonlara doğru hərəkət etməli və orada təlim tapşırığını almalıdırlar. Rabitəçilər bu zaman güclü siqnal tıxanması şəraitində hərəkət edən idarəedici məntəqələr yaratmalıdırlar.

Təlimdə hərbi bölmələri qırıcı və ordu aviasiyası, o cümlədən S-300B və “Buk-M1-2” zenit raket komleksləri müşayət edəcək. Qeyd edək ki, Gümrü şəhərində Rusiya hərbi bazası yerləşir. Bu baza MDB ölkələrinin birləşmiş Hərbi Hava Qüvvələri sistemi çərçivəsində döyüş növbətçiliyi aparır.

Rusiya və Ermənistan 20 avqust 2010-cu ildə imzaladıqları sazişə əsasən hərbi bazanın müddəti 2044-cü ilə qədər uzadılıb.  102-ci hərbi baza 3RK S-300V, Buk-M1-2, dördüncü nəsil MiQ-29, Mi-8MT hərbi nəqliyyat təyyarəsi və Mi-24P zərbə vertalyotları ilə təchiz olunub.