XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 13:37

ABŞ-ın neft şirkəti 25 min işçini ixtisara salıb

 

ABD'li petrol şirketi 25 bin kişiyi işten çıkardı

Neft qiymətlərindəki ucuzlaşma ABŞ-ın enerji şirkətlərindən də yan keçməyib.

 

Strateq.az xəbər verir ki, ucuzlamanın başlamasıyla ABŞ-ın ən böyük neft şirkətlərindən olan  “Schlumberger” 25 min işçisini ixtisara salıb.

 

Ucuzlaşmadan böyük zərər gördüyünü açıqlayan şirkətdən CNN-ə verilən məlumata görə, bu ixtisar əməliyyatları 2015-ci ildə həyata keçirilib. İşdən uzaqlaşdırılanlar şirkətin ümumi işçi qüvvəsinin 20%-nə bərabərdir.

 

Xəbərdə həmçinin “Schlumberger”in gəlirlərinin son bir ildə 27%, qazancının isə 41% azaldığı bildirilir. Bu isə 1 milyard dollardan artıq zərər deməkdir.

 

Strateq.az