XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2019 - 20:19

Ukraynada prezident seçkisi –İddialıların sayı 13-ə çatıb

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 22-də keçirilən iclasında Ukrayna Ali Radasının deputatı, Müxalifət Bloku siyasi partiyasının üzvü Yuriya Boykonun prezidentliyə namizədliyi qeydə alınıb.

Bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb.

Bununla da prezidentliyə namizədlərin sayı 13-ə çatıb.

Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb.

Prezident seçkiləri martın 31-də keçiriləcək/Azərtac.