XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 21:56

Ukraynada bu ay 8500 nəfər qızılca xəstəliyinə tutulub- Onlardan 4961-i uşaqdır

Ukraynada yanvar ayı ərzində 8500 nəfər qızılca xəstəliyinə tutulub ki, onlardan 4961-i uşaqdır.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Yanvar ayı ərzində qızılcadan 5 nəfər dünyasını dəyişib. Təkcə, son bir həftədə Ukraynada qızılcadan 3 nəfər ölüb. Artıq Ukraynanın bir neçə vilayətində orta məktəblərdə qızılca xəstəliyi ilə bağlı karantin elan edilib.

Qızılca xəstəliyinə qarşı peyvəndin edilməməsi, Ukraynada bu xəstəliyin yayılmasına səbəb olur.

Qeyd edək ki, 2018-ci ildə Ukraynada qızılca xəstəliyindən 16 nəfər ölüb/Azərtac.