İranda təcili tibbi yardım vaqonları istifadəyə verilib. Bu vaqonlar şəhərlərarası marşrutla hərəkət edən qatarlara birləşdirəcək.
Artıq 30 ədəd vaqon istifadəyə verilib. İlk belə vaqon Tehran-Məşhəd qatarına birləşdiriləcək.
Vaqonlar bütün tibbi ləvazimatlarla təchiz edilib və əməliyyat aparmaq üçün şəraitdə yaradılıb.
Hər vaqonda növbə ilə 2 nəfər həkim də olacaq ki, səfər zamanı sərnişinlərə tibbi xidmət göstərsinlər(azərtac).