XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 23:10

Gürcüstanın xarici dövlət borcu 5 milyard 434 milyon dollardır- Son bir ildə 256 milyon dollar artıb

Gürcüstanın xarici dövlət borcu 2018-ci il dekabrın 31-nə olan məlumata görə, 5 milyard 434 milyon dollar təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ilin yekunları ilə müqayisədə 2018-ci ildə Gürcüstanın xarici borcu 256 milyon dollar artıb.

Gürcüstan milli valyutası GEL-in dəyərinin ABŞ dolları ilə müqayisədə dəyişməsi nəticəsində dövlət borcu il ərzində 1 milyard 124 milyon dollar artıb.

Gürcüstanın dövlət borcunun əsas hissəsini çoxşaxəli kreditlər təşkil edir – 3 milyard 838 milyon dollar.

İkitərəfli kreditlər üzrə borcun həcmi 926 milyon dollardı. Avro səhmlər üzrə borc 500 milyon dollar olub.

Gürcüstan Milli Bankının borcu 2018-ci il üzrə 166 milyon dollar təşkil edib(azərtac).