Amerika Dövlətləri Təşkilatı Venesueladakı situasiyanın müzakirəsi üçün fövqəladə iclas çağıracaq.
Bu məlumat təşkilatın rəsmi saytında yer alıb.
Sabah baş tutacaq iclasın Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, ABŞ və Peru tərəfinin tələbiylə çağırıldığı bildirilib.
Qeyd edək ki, ötən gündən Karakasda spikerin çağırışı ilə Prezident Maduroya qarşı etiraz aksiyaları başlayıb. (Axar.az)