XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 18:42

Ermənistanın sabiq Baş naziri istintaqa çağırılıb- Korrupsiya faktları ilə əlaqədar

Ermənistanın sabiq baş naziri Ovik Abramyan İstintaq Komitəsinə dəvət olunub və izahat verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistanın İstintaq Komitəsi tərəfindən təsdiqlənib.

Sabiq baş nazir Razdan meşə fondunun özəlləşdirilməsi zamanı ortaya çıxan korrupsiya faktları ilə əlaqədar açılmış cinayət işi çərçivəsində izahat verib.

O.Abramyandan başqa, İstintaq Komitəsinə “Armles” dövlət qeyri-kommersiya təşkilatının keçmiş direktoru Martun Matevosyan da çağırılıb.