XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 21:15

NATO Qara dənizdə Gürcüstanın Hərbi Dəniz Qüvvələri iləəməkdaşlıq edəcək

NATO Qara dənizdə Gürcüstanın Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi görüşdə söyləyib.

Baş katib deyib: “NATO Gürcüstanın Qara dənizdə başqa dövlətlərin hərbi qüdrətinin artması ilə bağlı narahatlığını başa düşür və bu məsələni bölüşür. Biz Qara dənizdə daha fəal əməkdaşlıq edəcəyik”. O bildirib ki, NATO-Gürcüstan hərbi dəniz qüvvələri arasında əməkdaşlıq çərçivəsində sahil mühafizə sahəsində birgə təlimlər də nəzərdə tutulub.