XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2019 - 23:18

Misir Prezidenti:“Şər qüvvələr düşünürdülər ki, məqsədlərinə çata biləcəklər"

Son illər Misir ölkənin müasir tarixində ən böyük çətinliklər və çağırışlarla üzləşib. Bunları ölkənin müasir tarixində ən ağır çağırışlar kimi dəyərləndirmək olar. Ən təhlükəlisi isə “şər qüvvələrin” Misirin inkişafı yolunda maneələr yaratmaq və terror yaymaq cəhdləri olub. Onlar düşünürdülər ki, öz məqsədlərinə çata biləcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Polis Gününün 67-ci ildönümü münasibətilə mərasimdə çıxışında bəyan edib. Onun sözlərinə görə, Misir xalqı düşmənlərin planlarına ordu və polislə birlikdə müqavimət göstərməyə və inkişaf, tərəqqi və islahatlar yolu durmadan irəliləməyə qadirdir. Dövlət başçısı polisin ölkənin müdafiəsinə, cəmiyyətdə təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönələn səylərini yüksək qiymətləndirib. O, Misir xalqını 25 yanvar İnqilabının səkkizinci ildönümü münasibətilə də təbrik edərək bildirib ki, bu, misirlilərin yeni layiqli gələcək qurmaq səylərinin əksi olub.

Misir Prezidenti deyib: “Son məşəqqətli və narahat illərdən sonra ölkə möhkəm addımlarla sabitləşmə mərhələsindən quruculuq və inkişaf mərhələsinə keçir. Biz hərtərəfli və sabit inkişafı təmin edəcək irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdiririk”.

Əbdülfəttah əs-Sisi çıxışında xüsusi vurğulayıb ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar proqramı qətiyyətli və dərin yanaşma tələb edən yetərincə sərt proqram olub. Lakin görülən tədbirlərin sərtliyinə baxmayaraq, bu, ölkə iqtisadiyyatındakı mürəkkəb vəziyyətin aradan qaldırılması üçün uğurlu və yeganə düzgün qərar olub.