XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2019 - 23:47

Bakı Nəqliyyat Agentliyi:"Hazırda paytaxtdakı 134 işıqfor vahid mərkəzdən idarə olunur"

Hazırda Bakıda 134 işıqfor vahid mərkəzdən idarə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, nəqliyyatı intellektual idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində 134 işıqforun Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əlaqəsi bərpa edilib: “Artıq həmin işıqforlar vahid mərkəzdən idarə olunur. Bu, Bakıdakı yol kəsişmələrdəki işıqforların 10 faizini təşkil edir”.