XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 09:39

Demokrat spiker Trampa qadağa qoydu –ABŞ prezidenti ilə müxalifətin qalmaqalı böyüyür

ABŞ Prezidenti Donald Tramp illik çıxışına alternativ tədbir keçirə biləcəyini deyir. Belə ki Nümayəndələr Palatasının spikeri Nenci Pelosi hökumətin qapalı olduğu bir dönəmdə prezidentə Nümayəndələr Palatasında illik çıxış etməyə icazə verməyib.

“İndi Nenci Pelosi, yaxud onu çağırdığım kimi Nenci, həqiqəti bilmək istəmir. O, çıxışı təxirə salıb və bu, hamımızın sevdiyi ölkəyə böyük ləkədir”, – Tramp yanvarın 23-də deyib.

Prezident çıxışı üçün “alternativ” məkan axtara biləcəyini söyləyib. Hər il ənənəvi olaraq Nümayəndələr Palatasında edilən, televiziyayla canlı yayımlanan çıxış yanvarın 29-na planlaşdırılırdı. Prezident ölkənin vəziyyəti barədə Konqresə hesabat verməlidir, amma bunun canlı olunması kimi bir öhdəlik yoxdur. Bəzi prezidentlər bu çıxışı yazılı şəkildə çatdırıblar.

Tramp və veteran demokrat konqresmen Pelosi hökumətin bağlanmasına görə ədavətli mövqe tuturlar. Demokratlar ilin əvvəlindən Palataya nəzarəti ələ alıblar və prezidentlə onların arasında ziddiyyətli məsələlər az deyil.

Hökumət artıq 33-cü gündür bağlanıb və bu, ABŞ tarixində ən uzun şatdaun sayılır. 800 min federal işçi ya məcburi məzuniyyətə buraxılıb, ya da pulsuz işləməyə məcburdur.

Demokratlar Trampın hökuməti qəzəb nümayişi olaraq bağladığını deyirlər. Demokratlar Meksikayla sərhədin hasarlanmasına 5,7 milyard dollar ayırmaqdan imtina edincə prezident büdcə layihəsini imzalamayıb. Tramp hasarın ölkəyə qanunsuz immiqrantların və narkotik axınının önlənməsi üçün gərəkdiyini deyir.

Demokratlar və digər tənqidçilər isə hasarı bahalı hesab edir, qanunsuz immiqrasiyanı, narkotik qaçaqçılığını önləyə bilməyəcəyini bildirir.

(Azadlıq radiosu)