XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2019 - 11:40

Rusiyadan Maduroya dəstək- Zaxarova açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Venesuelada baş verənlərə münasibət bildirib.

Strateq.az-ın xəbərinə görə, Zaxarova Venesuela Milli Assambleyasının sədri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsinin ABŞ, Kanada və Avropa Birliyi ölkələri tərəfindən dəstəklənməsini pisləyib.

O, özünün  sosial şəbəkə hesabında bunları yazıb: “Venesueladakı hadisələr mütərəqqi Qərb ictimaiyyətinin oradakı hakimiyyəti zorla dəyişdirərək, beynəlxalq hüquqa, suverenlik və dövlətlərin daxili işlərinə qarışılmamasına necə baxdığına dair bir örnəkdir”.