XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 11:59

ABŞ Venesuela ilə diplomatik əlaqələri kəsməkdən imtina etdi:"Maduronun belə bir hüququ yoxdur"

Birləşmiş Ştatlar Venesuela ilə diplomatik əlaqələri kəsmədiyini bəyan edib.

Strateq.az-ın xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

O bildirib ki, ölkəsi Nikolas Maduronun prezidentliyini və ABŞ-la diplomatik əlaqələri kəsmək tanımır, bu ölkədəki diplomatlarını təhlükə altına qoyan hər bir kəsi məsuliyyətə cəlb etmək üçün müvafiq tədbilər görəcək.

“Birləşmiş Ştatlar Venesuela ilə diplomatik əlaqələri dəstəkləyir və bizim missiyaya Venesuelada qalmağı təklif edən müvəqqəti prezident Xuan Quaido hökuməti ilə onları saxlayacaq”, – deyə Pompeo bildirib.

ABŞ dövlət katibi Maykl PompeoVenesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaidoya təhvil verməyə çağırıb. “Venesuela xalqı Nikolas Maduronun faciəvi diktaturasından kifayət qədər əziyyət çəkib. Biz Maduronu getməyə və xalqın iradəsini təmsil edən qanuni liderə yol açmağa çağırırıq. ABŞ prezident Quaidonu ölkə azad və ədalətli seçkilərə hazırlaşıncaya qədər, Venesuelaya rəhbərlik edəcək keçid hökumətinin formalaşdırılmasında dəstəkləyir”, – deyə o bildirib.

ABŞ-ın Venesueladakı səfirliyi isə yanvarın 24-də adi rejimdə işləyəcəyini açıqlayıb. “ABŞ səfirliyi adi iş saatlarında fəaliyyət göstərəcək və yanvarın 24-də də təcili yardıma ehtiyacı olan bütün ABŞ vətəndaşlarını qəbul edəcək”, – səfirliyin saytında bildirilib.

Eyni zamanda səfirlikdən qeyd ediblər ki, viza üçün bütün qeydlər bu günlük ləğv olunub. ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən və nümayişlərdən uzaq qalmaq tövsiyə edilib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib. “Mən ABŞ-ın diplomatik korpusuna ölkəni tərk etmək üçün 72 saat vaxt verirəm”, – deyə Maduro bildirib.