XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 10:45

Səudiyyə İran təyyarəsini bombaladı

Səudiyyə Ərəbistanı liderliyindəki ərəb ölkələri koalisiya qüvvələrinə aid döyüş təyyarələri Səna havalimanını bombalayıb.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, koalisiya qüvvələri bu yolla Yəməndəki husilərə yardım daşıyan İran təyyarəsinə maneə olmağa çalışıb.

Ancaq cəhdlərə baxmayaraq, təyyarə radio əmrlərini dinləməyərək Sənaya doğru yola davam edib. Bundan sonra döyüş təyyarələri İran təyyarəsinin enişinə maneə yaratmaq üçün Səna havalimanının eniş zolağını bombalayıb.

İran təyyarəsi bombardman səbəbiylə geri dönməyə məcbur olub. Bombardman zamanı Yəmənə aid bəzi sərnişin təyyarələri də alovlar içində qalıb.

İran rəsmi xəbər agentliyi İRNA yardım daşıyan təyyarədə tibbi vəsaitlər və qida olduğunu açıqlayıb.