XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 17:12

Rusiya XİN başçısı:"Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə kobud müdaxilədir"

“Venesueladakı hadisələr başqa ölkənin daxili işlərinə növbəti kobud müdaxilədir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov əlcəzairli həmkarı Abdelkader Mesahel ilə görüşün yekununda deyib.

Onun sözlərinə görə, Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasına bir neçə dəfə cəhd olunub, o cümlədən onu fiziki cəhətdən aradan qaldırmağa çalışıblar.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb/Report.