XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 20:14

Fırtına Antaliyanı viran qoydu:1 nəfər öldü, 2 nəfər itkin düşdü, 10-dan çox yaralı var - VİDEO

Bu gün Türkiyənin Antaliya şəhərində dəhşətli fırtına olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahil boyu əmələ gələn burulğanda xeyli insan yaralanıb, ev, obyekt, maşınlara ziyan dəyib.

Rəsmi məlumata görə, hadisə nəticəsində 1 nəfər 13 yaşlı uşaq ölüb, 2 nəfər itkin düşüb, 10-dan çox yaralı var.

Məlumata görə, itkin düşənlərdən biri 20 yaşlı universitet tələbəsidir. O, anası ilə birgə maşında hərəkətdə olarkən, burulğan maşını çaya atıb. Maşından ananı xilas etmək olsa da,  tələbə qızdan xəbər yoxdur.