XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 22:20

Con Bolton:"ABŞ Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır"

ABŞ administrasiyası hazırkı mərhələdə diqqətini Venesuela prezidenti Nikolas Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə yönəldib.

Bunu cümə axşamı Ağ evdə jurnalistlərlə söhbətində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

O, “ABŞ hökumətinin çərşənbə günü Venesuela ilə bağlı “bütün variantlar”ın nəzərdən keçirilməsi ilə bağlı səsləndirdiyi bəyanatın, Vaşinqtonun Maduro hökumətinə qarşı hərbi güc tətbiq edə biləcəyi anlamına gəlirmi?” sualını belə izah edib:

“Düşünürəm ki, bu bəyanat özü özünü izah edir. Bu gün bizim diqqətimizi cəmləşdirdiyimiz yeganə şey, qanunsuz Maduro rejimini gəlir mənbələrindən məhrum etməkdir”.

Report