Rusiya Prezidenti Vladimir Putin və venesuelalı həmkarı Nikolas Maduro arasında telefon söhbəti baş tutub.
Söhbət zamanı Kreml rəhbəri Venesuelanın qanuni hakimiyyətinə dəstək ifadə edib.
Putin eyni zamanda bildirib ki, Venesuelaya xarici destruktiv müdaxilələr beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir: “Konstitusion hüquqlar çərçivəsində Venesuela cəmiyyətində fikir ayrılığına həll yolu tapılmalıdır”.
Maduro da öz növbəsində Putinə dəstəyindən dolayı minnətdarlığını bildirib/Axar.az.