XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 08:59

“Nezavisimaya qazeta”:"Putin bu dəfə Paşinyanla görüşməyəcək"

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkənin 2019-cu ildə Avrasiya İqtisadi İttifaqında sədrliyi münasibətilə Moskvaya səfərinə həsr olunmuş məqalə dərc edib.

Həmin məqalədə qeyd olunduğuna görə, Paşinyanın Moskva səfərinin proqramında Rusiya prezidenti Vladimir Putinlə danışıqların olmaması təhlükəli siqnaldır.

“Nəşrin məlumatlı mənbəyinin sözlərinə görə, Rusiya tərəfi Ermənistanın yeni hakimiyyətinə hələ də kifayət qədər etibar etmir. Bəzi bəyanatlar, ələlxüsus da Çin, yaxud İsveçlə hərbi-ticarət münasibətlərinin yaradılması cəhdləri, təbii ki, Moskva tərəfindən nəzərə alınmamış deyil. Rusiyaya məxsus təsərrüfat subyektlərində yoxlamalar da etimad dərəcəsini artıra bilməzdi. Bu və ya digər Rusiya siyasi və biznes dairələri ilə əlaqəli olan keçmiş məmurlar barəsində cinayət işləri bürədə isə danışmağa dəyməz. Bunlardan ən vacibi həbsdə qalmaqda olan ikinci prezident Robert Koçaryandır ki, deyilənə görə, onu Putinlə şəxsi dostluq telləri bağlayır”, – “Nezavisimaya qazeta” yazır.

Məqalədə o da qeyd olunur ki, Ermənistan cəmiyyəti Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşlərinə birmənalı yanaşmır və yaxın gələcəkdə Qarabağ münaqişəsinin mümkün “yekunlar”ı ilə bağlı baş nazir tənqid edilir.

Nəşr qeyd edir ki, son hadisələrin fonunda Vladimir Putinin cümə günləri vaxtının azlığı Ermənistan baş nazirinin ünvanına tənqidin ikiqat artacağına səbəb olacaq.

Daha öncə bildirilmişdi ki, Nikol Paşinyanın yanvarın 25-nə nəzərdə tutulmuş Moskva səfəri çərçivəsində Ermənistanın baş naziri rusiyalı həmkarı Dmitri Medvedevlə görüşəcək.