XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 09:04

Poroşenkonun şansları Timoşenko ilə bərabərdir –Sosioloji mərkəz liderlərin reytinqini açıqladı

Ukrayna Prezidenti Pyotr Poroşenkonu növbəti dəfə prezident görmək istəyənlərin sayı artmaqdadır.

Strateq.az xəbər verir ki, Mixail Draqomanov adına Sosioloji Mərkəzin bu gün açıqladığı növbəti sorğunun nəticələrinə görə, prezident seçkiləri ilə bağlı Pyotr Poroşenko ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun reytinqi bərabərləşib. Səsvermədə iştirak edənlərin 17,4 faizi Timoşenkoya, 17,1 faizi isə Poroşenkoya səs verib. 2018-ci ilin dekabr ayının sosioloji sorğusu ilə müqayisədə Poroşenko reytinqdə xeyli irəliləyib.

“Növbəti dəfə prezident seçkilərində kim qalib gələcək?” sualına sorğuda iştirak edənlərin 21,3 faizi Timoşenko, 21,1 faizi Poroşenko cavabını verib. Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.