XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 20:03

Prezident Maduro tvitterdə yazdı:"Bu qərarımı təsdiq edirəm"

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə əlaqələri dayandırmaq qərarına sadiq olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, ABŞ diplomatlarının ölkədən çıxarılması müddəti başa çatması ərəfəsində ölkə başçısı “Twitter”dəki səhifəsində bu barədə yazıb. “ABŞ hökumətilə diplomatik və siyasi əlaqələrimizi dayandırmaq barədə qərarımı təsdiq edirəm”, – N.Maduro qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuela Prezidenti ABŞ ilə diplomatik əlaqələrə xitam verdiklərini açıqlayaraq bu ölkənin diplomatlarına ölkə ərazisini tərk etmələri üçün 72 saat vaxt vermişdi. Beləliklə, ABŞ diplomatları bazar gününədək Venesueladan çıxmalıdır.