XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 21:14

Pompeo BMT Təhlükəsizlik Şurasının Venesuelaya dair iclasına qatılacaq

ABŞ-ın dövlət katibi Maykl Pompeo  BMT Təhlükəsizlik Şurasının yanvarın 26-da keçiriləcək iclasında iştirak edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

“Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ hökumətinin Venesuela xalqının dəstəkləməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələri və beynəlxalq birliyi Venesuelanın özünü prezident səlahiyyətlərinin müvəqqəti icraçısı elan etmiş Xuan Quaydonu tanımaqla beynəlxalq sülh və təhlükəsizliyə dəstək verməyə israrla çağıracaq. Habelə keçid hökumətinin demokratiyanı və hüquqi asayişi bərpa etmək istiqamətindəki səylərinin dəstəklənməsini istəyəcək”, – deyə Dövlət Departamentinin məlumatında vurğulanır.