XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2019 - 00:12

Tramp ABŞ hökumətinin işini yenilədiyini elan edib

Birləşmiş Ştatların prezidenti Donald Tramp mətbuat konfransının gedişatında bildirib ki, o, federal hokümətin işini yeniləməsi ilə bağlı fərman imzalayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Amerika lideri hökumətin fevralın 15-dək, üç həftə işləyəcəyini bildirib.

“Yaxın vaxtlarda mən “şatdaun”un dayandırılması və federal hokümətin işini üç həftəyə, 15 fevrala qədər yeniləməsini nəzərdə tutan fərmanı imzalayacağam”, – deyə o bildirib. Ötən ilin 22 dekabrında ABŞ hökuməti işini qismən dayandırıb. Buna səbəb demokratlar və respublikaçıların büdcə ilə bağlı razılığa gələ bilməmələri olub.

Yanvarın 12-də “şatdaun” Birləşmiş Ştatların tarixində ən uzun müddətli olub.  Daha əvvəl bildirilib ki, ABŞ Senatı Prezident Donald Trampın bir aydan çoxdur davam edən və federal hökumətin işini müvəqqəti dayandırdığı “şatdaun”un dayandırılması üzrə təklifini qəbul etməyib.