XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2019 - 12:55

Terrorizmə qarşı mübarizəyə dair yeni milli strategiya hazırlanıb- Gürcüstanda

Gürcüstan hökuməti terrorizmə qarşı mübarizə ilə əlaqədar yeni milli strategiyanı təsdiq edib.

AZƏRTAC xəbər verir ki, yeni strategiya hökumətin yaratdığı birgə komissiya tərəfindən hazırlanıb. Bütün dövlət orqanlarının təmsil olunduğu komissiyaya Dövlət Təhlükəsizliyi Xidməti rəhbərlik edir.

Milli strategiyada dövlətə qarşı təhdid, terrorizm, ekstremizm və digər təhlükəli çağırışlarla mübarizə, bu sahədə beynəlxalq əməkdaşlıq və s. məsələlər nəzərdə tutulub.

Üç il üçün nəzərdə tutulan strateji planda terrorizm, radikal və ekstremist qruplar haqqında informasiyaların toplanması, analizi də yer alıb. Milli strategiyada 7 əsas istiqamət müəyyən olunub.

Strategiya hazırlanarkən ABŞ, Böyük Britaniya, Finlandiya, Almaniya və digər dövlətlərin təcrübəsindən istifadə olunub.