XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2019 - 13:04

Dünyanın ən böyük aeroportu…- “Pekin Dasin”də sınaq uçuşları həyata keçirilir

Pekindəki üçüncü, dünyanın isə ən böyük aeroportu olan “Pekin Dasin”də ilk sınaq uçuşları həyata keçirilir və uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparılır. Sınaq uçuşları martın 15-dək davam edəcək.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, iki aya ərzində 4 uçuş-eniş zolağı, 6 cihazlara enmə sistemi (ILS), 7 işıqlandırma sistemi, naviqasiya və digər sistemlər sınaqdan keçiriləcək. Sınaqlar başa çatdıqdan sonra hava limanı istismara hazır olacaq.

Hava limanı Pekinin mərkəzindən 46 kilometr cənubda Dasin bölgəsi və Xebey əyalətinin mərkəzi Lanfan şəhəri ilə kəsişmədə yerləşir. “Pekin Dasin” hava limanının sentyabrın 30-da tam istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, aeroportun əsas binasının dizayn layihəsi əfsanəvi Zaha Hadidə məxsusdur. Ümumi sahəsi 1 milyon kvadratmetrə qədər genişləndiriləcək hava limanının ərazisində dünyada ilk dəfə sürətli dəmir yolu fəaliyyət göstərəcək. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanından həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək. 2025-ci ildə aeroportun sərnişin ötürmə gücü 72 milyon nəfərə çatacaq.