XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2019 - 14:57

Fransada “sarı jiletlər” aksiyasının 11-ci mərhələsi başlayıb- Bu həftə aksiyalar həmişəkindən fərqli olacaq

Fransada “sarı jiletlər” aksiyasının 11-ci mərhələsi başlayıb. Etiraz aksiyası paytaxtda müxtəlif məhəllələrdə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu həftə aksiyalar həmişəkindən fərli olaraq Paris və Bordo şəhərlərində “sarı gecə” aksiyası ilə davam edəcək.

Bildirilir ki, etiraz aksiyaları zamanı polisin LBD silahlarından istifadə etməsi bir çox aksiyaçının ağır yaralanması ilə nəticələnib. Aksiya iştirakçılarının polisin belə silahlardan istifadə etməməsi çağırışlarına hökumət məhəl qoymayıb və LBD silahlardan istifadə olunacağı bildirilib.

Bu həftə “sarı jiletlər” aksiyaçılarına etiraz edən yeni “qırmızı yaylıqlar” aksiyası da keçiriləcək.

“Sarı jiletlər” aksiyası səngimədiyi bir vaxtda Sartruvil şəhərində milli debatlara qoşulan Baş nazir E.Fillip “vətəndaş təşəbbüsü referendumu”nun əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, “vətəndaş təşəbbüsü referendumu” “sarı jiletlər”in əsas tələblərindən biridir.