XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 18:18

Ramzan Kadırovun səlahiyyət müddəti başa çatır:“Daha vəzifədə qalmaq istəmirəm, indi ayrı zəmanədi”

 

ramzan

 

Çeçenistanın başçısı Ramzan Kadırov səlahiyyət müddətinin başa çatmasından sonra döyüşə yollanmaq arzusunu bildirib.

 

Strateq.az bildiir ki, o, "Русская служба новостей” radiostansiyasına müsahibəsində deyib: “Hələ qərar verməmişəm, heç kimlə söhbət etməmişəm, biz bundan söz açmamışıq. Hesab edirəm ki, öz missiyamı yerinə yetirmişəm. Komanda var, ölkənin prezidenti var. Bu haqda heç kimlə danışmamışam, hətta mənə deməyiblər ki, müddət başa çatır… Hər şey Allahın iradəsindədir. Desələr ki, bundan sonra da xidmət et – xidmət edəcəyəm, əgər gəl, vidalaşaq – vidalaşacağam”.

 

Kadırov əlavə edib: “Kadırov bundan sonra da davam etmək istəyirmi? İstəmirəm. İndi sosial, iqtisadi baxımdan başqa zəmanədir. Bizim komandada daha peşəkar adamlar var. Hesab edirəm ki, öz borcumu yerinə yetirmişəm və qorxuram, götürdüyümüz tempi itirəm”.

 

Kadırov davam edib: “Son günlədəki arzumu soruşsalar – diviziyalar yaratmaq, onlara başçılıq etmək və döyüşmək. Rusiyanın düşmənləri ilə… Harada olur-olsun”.

 

Onun sözlərinə görə, “bu gün daxili məsələləri tərk edib xarici düşmənlə məşğul olmaq lazımdır. O, uzaqda deyil, bütün qarmaqlardan istifadə edir”.

 

Daxili düşmənlərə gəlincə, Kadırovun fikrincə, “daxili düşmənləri heç düşmən saymağına da dəyməz. Bəzi şeytançığzlar var, onları xalqın özü sakitəşdirəcək”.

 

Çeçenistan rəhbəri Ramzan Kadırovun səlahiyyət müddəti 2016-cı il martın 5-də bitir.