XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2019 - 17:27

ABŞ və “Taliban” razılığa gəldi- Xarici qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı

ABŞ və radikal “Taliban” hərəkatının nümayəndələri Qətərin paytaxtı Dohada keçirilən məsləhətləşmələr zamanı xarici qoşunların Əfqanıstandan çıxarılması barədə saziş layihəsini razılaşdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” “Taliban”dakı mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, saziş layihəsi özündə xarici qoşunların ölkədən 18 ay ərzində çıxarılmasını ehtiva edir.