XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2019 - 19:35

Yaponiyada qrip epidemiyasına yoluxanların sayı 2,1 milyon nəfərə çatıb- Əhaliyə xəbərdarlıq olunub

Yaponiya Səhiyyə Nazirliyi bütün ölkədə qrip epidemiyasının yayıldığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, epidemiyaya yoluxanların sayı 2,1 milyon nəfərə çatıb.

Nazirlikdən bildirilib ki, ötən həftənin bazar gününədək ölkədəki 5 min səhiyyə müəssisəsinə müraciət edən xəstələrin orta sayı 53,91 nəfər təşkil edib. Bu, bir həftə əvvəlki müvafiq göstəricidən 15 nəfər çoxdur və nazirliyin 1999-cu ildən bəri toplamağa başladığı həmin statistikada ikinci ən böyük göstəricidir.

Məlumatda, həmçinin qeyd edilir ki, Aiçi, Saytama və Şizuoka epidemiyanın ən çox yayıldığı prefekturalarıdır.

Nazirlik bəyan edib ki, H1N1 ştammı baş verən hadisələrin 60 faizinin səbəbini təşkil edir. Həmin ştamm 10 il əvvəl qripin yeni növünün çox geniş ərazidə yayılmasına səbəb olmuşdu.

Daha çox insanın xəstəliyə yoluxa biləcəyi barədə xəbərdarlıq edən nazirlik əhaliyə müvafiq tədbirlər görməyi, əllərini tez-tez yumağı və tibbi maska geyməyi tövsiyə edir.