XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

26 Yanvar 2019 - 21:43

Saratovda kafedə partlayış:40 nəfər yaralanıb

Saratov vilayətinin Lısıye qorı qəsəbəsində kafelərdən birində partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, “Randevu” kafesində qaz balonunun partlaması və sonradan yaranan yanğın nəticəsində 40 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan altı nəfəri üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralılardan ikisi uşaqdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyirlər.