XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 10:01

“ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaqda qərarlıdır”Pompeo

ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, ABŞ Əfqanıstanda sülhün əldə olunmasında və qoşunların bu ölkədən çıxarılmasında ciddi şəkildə qərarlıdır.

O, bunu öz “Twitter” mikrobloqunda yazıb.

“ABŞ sülhün əldə olunması, Əfqanıstanın beynəlxalq terrorçuluq meydanına çevrilməsi vəziyyətinin aradan qaldırılması və silahlı qüvvələrin evlərinə geri qayıtmasında ciddi şəkildə qərarlıdır”, – deyə Dövlət katibi bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Əfqanıstanın süverenlik və müsətəqilliyinin möhkəmləndirilməsinə can atır/Report.