XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2019 - 10:33

Fransa DİN-dən aksiyalarla bağlı açıqlama:"Zorakılığı və dağıntıları ən qəti şəkildə pisləyirəm"

Fransanın Daxili İşlər naziri Kristof Kastaner “sarı jiletlər” hərəkatının 11-ci etiraz aksiyasında baş verən zorakılığı pisləyib.

DİN rəhbəri bu barədə öz Tvitter mikrobloqunda yazıb.

“Mən “sarı jiletlər” altında gizlənən xuliqanlar tərəfindən Parisdə və əyalətlərdə yerindən törədilən zorakılığı və dağıntıları ən qəti şəkildə pisləyirəm”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, Fransada “sarı jiletlər” hərəkatının ötən gün keçirilən 11-ci etiraz aksiyasında azı 69 min insan iştirak edib. Etiraz aksiyaları zamanı paytaxt Parisdə 52 nəfər saxlanılıb/Teleqraf.com.