XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 11:00

102-ci bazadan təlimə çıxan rus ordusu erməniləri vəlvələyə saldı:"Müharibəmi başlayır?” - VİDEO

Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasından piyadaların döyüş maşını, tanklar, BTR-lər yola çıxıb.

Bu barədə ermənişünas İsmayıl Tanrıverdi məlumat yayıb. O bildirib ki, zirehli texnika və çoxsaylı əsgərlərin videosunu gümrülü bir erməni çəkərək paylaşıb:

“Gümrülü bir erməninin paylaşdığı bu video bütün erməniləri vahiməyə salıb. Bu hərbi karvanı görənlər düşünürlər ki, yoxsa müharibəmi başlayır?”

İ.Tanrıverdi bildirib ki, hadisə 2 gün öncə Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında baş verib:

“Videonu çəkən erməni yolda rast gəlib ki, çoxsaylı hərbi texnika yol ilə, tanklar və BTR-lər isə yolun sağından, əkin sahələri ilə Gümrü şəhərindən Amasiya rayonunun Çaxmaq (indiki Kamxut) kəndinə tərəf gedirlər. Erməni deyir ki, bu qədər hərbi texnikanın hərbi təlimə getməsi mümkün deyil. O, indiyədək belə genişmiqyaslı hadisə görməyib.

Məni isə başqa bir məsələ düşündürür: Görəsən Nikol Paşinyanın Ermənistan Müdafiə Nazirliyinin bütün generalları ilə bugünkü təcili görüşünün bu hadisə ilə bir bağlılığı yoxdur ki?”

İ.Tanrıverdi hazırkı videonun 30 saniyəlik olduğunu, bütöv videoda isə tankların hərəkətinin də göründüyünü qeyd edib.

Qeyd edək ki, yanvarın 22-də Rusiya Müdafiə Nazirliyinin Cənub Hərb Dairəsi Ermənistandakı rus ordusunun təlimə cəlb edildiyini açıqlamışdı. Bildirilirdi ki, həyəcan siqnalı ilə başlayan təlimə aviasiya və S-300, Buk-M1-2 zenit raket sistemləri cəlb edilib. Hərbi təlim çərçivəsində hərbçilər texnikanın daimi dislokasiya yerindən fövqəladə çıxışa hazırlaşıblar. Təlimə ümumilikdə 500 hərbi texnika cəlb olunub.  (Axar.az)