XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Yanvar 2019 - 11:22

Ekspert:"Yaponlar bu illuziyalardan imtina etməlidirlər"

Yaponiyanın Baş naziri Şinzo Abenin növbəti dəfə Moskvadan “əliboş qayıtması”ndan sonra yapon tərəfinin Rusiya ilə müqavilə cəhdləri birdəfəlik uğursuzluğa düçar oldu.

Bu barədə Templ universitetinin Tokio kampusunun dosenti Ceyms Braun bildirib.

Ekspertin sözlərinə görə, Yaponiya Cənubi Kurildəki 4 ada ilə bağlı ərazi mübahisələri illuziyalarından imtina etməlidir. Belə ki, Rusiyadan torpaqlarını geri qaytarmaq üçün ən yaxşı fürsət 90-cı və 2000-ci illərdə Rusiya iqtisadiyyatının ağır böhranda olduğu vaxtlarda mövcud idi, o zaman yaponlar yardım qarşılığında Moskvadan müqaviləni qopara bilərdi. İkinci belə bir “itirilmiş vaxt” Krımın Rusiyaya birləşdirilməsindən sonrakı dövr ola bilərdi. O vaxt Moskva beynəlxalq izolyasiyadan çıxmaq üçün danışıqlara açıq olacaqdı.

Abenin sonuncu səfəri və Lavrovun bəyanatları tərəflərin müqavilədən çox uzaqda olduğunu və Rusiyanın torpaqları qaytarmağa hazırlaşmadığını göstərib. Bundan əlavə Yaponiya danışıqların 1959-cu il sənədlərinin əsasında aparılmasına, adalarda ABŞ hərbi bazalarının yerləşdirilməsinə icazə verilməyəcəyinə zəmanət versə də, Rusiya tərəfi hələlik heç bir geri addım atmayıb. (Axar.az)