XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2019 - 13:21

Rusiya hərbi polis batalyonunu Suriyadan çıxardı –Dağıstana döndülər

Suriyada yerləşdirilmiş Rusiyanın Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun hərbi polis batalyonu daimi yerləşmə ərazisi olan Dağıstan Respublikasına geri dönüb.

Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev danışıb.

Məlumata görə, tapşırıqlarını başa vurmuş 300 hərbi qulluqçu ölkəsinə geri qayıdıb. Döyüşçülər İl-76 təyyarəsi vasitəsilə Cənubi Osetiyadakı Mozdok aerodromuna gətirilib. (Axar.az)