XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 18:01

“Sarı jiletlilər” hərəkatının liderlərindən biri saxlanıldı –Etirazlarla bağlı

Fransada “sarı jiletlilər” hərəkatının liderlərindən olan Maksim Nikol polis tərəfindən saxlanılıb.

Buna səbəb Nikolun Bordo şəhərində keçirilən aksiyalar zamanı polisin xəbərdarlığına məhəl qoymayaraq insanları etiraza davam etdirməyə çağırmasıdır.

Maksim Nikol saxlanılmadan əvvəl jurnalistlərə verdiyi açıqlamada “”Sarı jiletlilər” hərəkatının bitdiyini deyənlər diqqətlə baxsın. Yanvar ayıdır və biz hələ buradayıq. Aksiyalar gərəkliyi qədər davam edəcək” deyib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat “sarı jiletlilər” adlandırılıb/Teleqraf.com.