XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 18:51

Konqoda 50-dən çox kütləvi məzarlıq tapılıb –Hər birində 5 nəfərdən 100 nəfərədək meyit var

Konqo Demokratik Respublikasının Yumbi şəhərinin ətrafında 50-dən çox kütləvi məzarlıq tapılıb.

Strateq.az Publika.az-a istinadla xəbər verir ki, hər bir məzarda 5 nəfərdən 100 nəfərədək şəxs basdırılıb.

Bildirilir ki, cəsədlərin dəqiq sayını müəyyənləşdirmək hazırki şəraitdə mümkün deyil. Kütləvi məzarlıqda dəfn edilənlərin hamısı etnik münaqişə zəminində öldürülən dinc sakinlərdir.

Qeyd edək ki,ötən ilin 16-19 dekabr tarixlərində Konqoda baş verən etnik müharibədə yüzlərlə insan ölüb. Toqquşmalar zamanı 465-dən çox ev və iş yeri yandırılıb.