XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 20:01

Bərzani Türkiyəni haqlı saydı:"İraqın şimalında əməliyyat keçirmələrinin səbəbi PKK-dır"

Türk ordusunun İraqın şimalında əməliyyatlar keçirməsinin səbəbi PKK-nın buradakı mövcudluğudur.

Bu sözləri İraq Kürd Muxtariyyətinin Baş naziri Necirvan Bərzani deyib.

“Təəssüf ki, qonşu ölkələrə müxalif olan qüvvələr (PKK) bizim ərazilərimizdən istifadə edərək, hücumlar həyata keçirirlər. Torpaqlarımızdan bu cür istifadəni qəti şəkildə rədd edirik“, – Bərzani bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin İraqın şimalında yerləşən hərbi bazasına PKK tərəfindən hücum təşkil edilib/Axar.az.