XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 20:19

Sensasion iddia:İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb

İŞİD terror qruplaşmasının 40 rəhbəri ABŞ hərbçilərinin köməyi ilə “Taliban”ın Əfqanıstandakı həbsxanasından qaçırılıb.

Bu barədə “Report” “Tasnim” agentliyinə istinadən xəbər verir.

Agentliyin mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, hadisə ölkənin cənub-qərbində baş verib.

Məlumata görə, əməliyyat iki həftə əvvəl keçirilib.

Daha əvvəl bildirilirdi ki, ABŞ və “Taliban” xarici qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı layihəni razılaşdırıb.