XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Yanvar 2019 - 21:39

Fransada yeni aksiya –Bu dəfə "qırmzı yaylıqlar" etiraz edir

Fransanın paytaxtı Parisdə ölkədə qayda-qanunun bərpasını tələb edən və “sarı jiletlərin” aksiyaları zamanı zorakılığa qarşı çıxış edən “qırmızı yaylıqlar” hərəkatı tərəfindən “Respublika marşı” keçirilir.

Yağışlı və soyuq havaya baxmayaraq, aksiyada çoxlu sayda insan iştirak edir. Etirazçılar “Zorakılığa – yox”, “İnstitutlarımıza – hörmət” kimi şüarlar səsləndirir.

Aksiyada 7 avroluq futbolka almaq olar, onun bir tərəfində “Mən respublikamı sevirəm”, digər tərəfində isə “Zorakılığa – yox” yazılıb.

Qeyd edək ki, aksiya iştirakçılarının əksəriyyəti orta yaşlı və yaşlı insanlardı/Trend