XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 23:21

Yəmənin Harad şəhəri bombalandı –8 dinc sakin həlak oldu, 30 nəfər yaralandı

Yəməndə bombardman zamanı bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.

Bu barədə BMT-nin humanitar məsələlər üzrə koordinatoru Lise Grande xəbər verib.

Onun sözlərinə görə, Harad şəhərinin bombardman edilməsi nəticəsində 8 dinc sakin həlak olub, daha 30 nəfər yaralanıb. Ölən və yaralananların məcburi köçkünlər olduğu bildirilir.

BMT rəsmisi bombardmanın hansı silahlı birləşmə tərəfindən edildiyini bildirməyib. O, hücumun şok, dəhşətli və mənasız olduğunu vurğulayıb/Report.