XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 09:21

Avstraliya:"Xuan Quaydonu dəstəkləyirik"

Avstraliya Venesuela müxalifətinin lideri Xuan Quaydonu bu ölkə prezidentinin vəzifəsini müvəqqəti icra edən şəxs kimi tanıyıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin saytında bildirilib.

“Avstraliya Venesuelanın Konstitusiyasına uyğun olaraq, Milli Məclisin spikeri Xuan Quaydonu müvəqqəti prezidentin vəzifəsinin icraçısı kimi tanıyır və seçkilər keçirilənə qədər dəstəkləyir”, – deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rəsmi Kanberra həmçinin Venesuelada demokratiyaya mümkün qədər tez keçidə çağırıb.

Bundan əvvəl isə İsrailin baş naziri də Quaydonu Venesuelanın rəhbəri kimi tanıyıb.