XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2019 - 09:33

Venesuelada kütləvi həbslər aparılır –791 nəfər etirazçı saxlanılıb

Venesuelada etirazların gedişatında saxlanılanların sayı artıb.

Strateq.az “Report”a istinadən bildirir ki, belə iddia ilə “Venesuela Cinayət Forumu” qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero özünün “Twitter” səhifəsində bildirib.

O, qeyd edib ki, yanvarın 21-dən davam edən etirazlar zamanı saxlanılanların sayı 791 nəfərə çatıb.

“Venesuela Cinayət Forumu” yanvarın 27-ə qədər nümayişlərlə əlaqədar 791 saxlanılmanı qeydə alıb. Yalnız 23 yanvarda 632 nəfər saxlanılıb”, – deyə Romero qeyd edib.

Daha əvvəl aksiyalarda 500 nəfərin saxlanıldığı bildirilirdi.