XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 13:14

Fransada indi də “qırmızı yaylıqlılar” küçələrə çıxdılar –Yeni  etiraz hərəkatı

Parisdə əsasən qırmızı şarf taxmış 10 mindən çox adam yürüşə çıxıb. Onlar son 11 həftədə Fransa küçələrində antihökumət nümayişləri keçirən “sarı jiletlilər”in suçlandığı zorakılıqlara qarşı çıxırlar.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, yanvarın 27-də paytaxtda yağış altında keçirilən yürüş zamanı “qırmızı dalğalı kütlə” Bastiliya abidəsinə doğru gediblər. Bir gün öncə burada sarı jiletlilər yürüş keçirmişdi. “Qırmızı yaylıqlılar” “Demokratiyaya hə, inqilaba yox” şüarı səsləndirib, Fransa və Avropa Birliyinin bayraqlarını dalğalandırıblar. Bu hərəkat mərkəzçi təşəbbüsdür, Tuluzadan olan bir mühəndisin başçılığı ilə keçirilir. O, antihökumət nümayişçilər arasında daha ekstremistlərin yol verdiyi zorakılıqdan narahat olduğunu vurğulayıb. Antihökumət etirazçıları geyindikləri təhlükəsizlik jiletlərinə görə “sarı jiletlilər” adlandırılır.

İlkin olaraq Fransa Prezidenti Emmanuel Makronun yanacağın qiymətini artırmasına etiraz kimi başlanan yürüşlər sonradan geniş antihökumət nümayişlərinə çevrildi. Makron sonradan yanacaq vergisi planından əl çəkdi, ailələrin gəlirlərini artırmağa digər tədbirlər irəli sürdü. Amma bəzi etirazçılar hələ də küçələrə çıxırlar. Yanvarın 26-da onların sayı 4 minə düşüb.

“Qırmızı yaylıqlılar”ın çoxu deyib ki, onlar “sarı jiletlilər”in ölkədəki yoxsullara daha çox yardım olunması tələblərinə qarşı deyillər. Ancaq onlar son 11 həftəsonu etirazlarında baş verən dağıntı və zorakılıqlara etiraz edirlər.