XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 13:41

Fələstin hökuməti istefaya göndərilib –Komissiya yaradılıb

Fələstin dövlətinin başçısı Mahmud Abbas“texnokrat hökuməti” istefaya göndərib.

Rami Hamdallanın başçılıq etdiyi hökumətin yerinə dövlət başçısını dəstəkləyən yeni hökumət qurulacaq.

Bildirilib ki, yeni hökumətin qurulması ilə bağlı komissiya yaradılıb. Hamdalla kabineti yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcək. Fələstin rəhbərliyi vurğulayıb ki, Mahmud Abbasın qərarı Baş nazirə etimadın itməsi ilə deyil, siyasi şəraitin dəyişməsi ilə bağlıdır.

Qeyd edək ki, texnokratlardan ibarət indiki milli birlik kabineti 2013-cü ildə HƏMAS-la danışıqlar aparmaq məqsədilə yaradılmışdı. Hökumət danışıqlar nəticəsində Qəzza zolağının Fələstin hakimiyyətinin nəzarəti altına keçməsinə nail olmalı idi. Ancaq HƏMAS bunun üçün Mahmud Abbasın hakimiyyətdən getməsini şərt olaraq irəli sürdüyündən danışıqlar uğursuzluqla nəticələnib.   (Report)