XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

28 Yanvar 2019 - 14:23

Fransa prezidenti Makron Misirə üçgünlük rəsmi səfərə gəlib –FOTO

Fransa Prezidenti Emmanuel Makron misirli həmkarı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirəyə ilk rəsmi səfərə gəlib.

AZƏRTAC Misir Prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Bəssam Radiyə istinadla xəbər verir ki, bu gün Fransanın dövlət başçısının üçgünlük səfəri çərçivəsində Əbdülfəttah əs-Sisi və xanımı “Əl-İttihadiyyə” prezident sarayında Emmanuel Makron və xanımı ilə görüşəcəklər.

Bəssam Radi qeyd edib ki, iki lider arasında təkbətək və rəsmi nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçiriləcək, həmçinin dost ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığa dair bir sıra saziş və memorandumlar imzalanacaq.